Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin 210024025 nömrəli qrupunda “Tipsi qaynaq”, “Üst forma ilə qaynaq” və “Natural dırnağa gel bərkitmə” mövzularında master-klass keçirilmişdir.
Tədbir zamanı tələbələrə dırnaq qaynaq texnikalarının düzgün tətbiqi, materiallardan səmərəli istifadə və praktik bacarıqların inkişafı barədə ətraflı məlumat verilmiş, mövzular üzrə praktiki nümayişlər təşkil olunmuşdur.
Master-klassa ixtisas fənn müəllimi Sevil Hüseynova rəhbərlik etmişdir.